SON XƏBƏR

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar oldu – SİYAHI

Avqust 25
16:22 2020
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq  AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook