Azərbaycan hökuməti ərəb nazirə medal verdi
Fevral 06
10:47
2020
Azərbaycan hökuməti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri şeyx Abdulla bin Zayed əl-Nahayanı iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə görə təltif edib.
"Report” "Emirates News Agency”yə istinadən xəbər verir ki, mükafat Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr olunub.
BƏƏ-nin baş diplomatına medalı Azərbaycanın Əbu-Dabidəki səfiri Mahir Əliyev verib.
Nazir Azərbaycan hökumətinə xidmətlərinin dəyərləndirilməsinə görə təşəkkürünü bildirib, Azərbaycan və BƏƏ rəhbərliyi tərəfindən dəstəklənən iki ölkə arasındakı xüsusi münasibətləri yüksək qiymətləndirib.



