Azərbaycan hərbçiləri Türkiyənin Sarıqamış bölgəsində keçirilən təlimlərdə iştirak edirlər

Yanvar 25
16:37
2023
Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində "Qış hazırlığı-2023” təlimləri keçirilir.
Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edir.
Məlumata görə, "Qış hazırlığı-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.
Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.