Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar
Avqust 25
10:42
2021
Azərbaycan tankçıları Rusiya Federasiyasının Moskva şəhərində "Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.



