Azərbaycan hərbçiləri “AKINCI" PUA-larından istifadə kursunu uğurla bitiriblər
İyul 30
17:05
2022
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində "AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu"nda iştirak ediblər.
Türkiyənin "Baykar" müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub.
Mərkəzin rəhbəri cənab Halil Akar açılış nitqi ilə mərasim iştirakçılarını salamlayaraq, təlim mərkəzi haqqında geniş məlumat verib və məzunlara öz səmimi arzularını çatdırıb.



