SON XƏBƏR

"Azərbaycan hər dəfə yerində olmayan bir zərbə alır" Açıqlama

Yanvar 09
08:17 2016
"Azərbaycan hər dəfə yerində olmayan bir zərbə alır”.
 
Bu sözləri SİA-ya açıqlamasında ekspert Üzeyir Cəfərov ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində Dağlıq Qarabağ sülh prosesi ilə bağlı müzakirələrin keçirilməsini məsələsinə açıqlama gətirərkən deyib.
 
O bildirib ki, ABŞ-ın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyi tam olaraq anlamaq çətindir çünki onlar prinsip etibarilə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dilə gətirir və ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətlərini davam etdirdiklərinin vurğulayırlar.
 
Onun sözlərinə görə, Azərbaycan bu tip addımlarla yanaşı eyni zamanda anlaşılmayan addımların da şahidi olur: "Ötən ilin sonlarında Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri təntənə ilə Amerikada qarşılandı və həmçinin ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də onlarla görüşdü. Təbii ki, biz bir ictimaiyyət olaraq buna çox sərt reaksiya verdik və ABŞ-ın, onun həmsədrinin hansı statusla separatçıları Amerikada qarşılayıb onlarla görüşdüyünü soruşduq. Bizi maraqlandıran bir məqam var: Bu görüşlərin məqsədi və məramı nədən ibarətdir? Niyə Ceyms Uorlik bu məsələni Bakıda, Dağlıq Qarabağın Azərbaycan icması ilə görüş müzakirə etmir? Niyə Azərbaycan Dağlıq Qarabağla bağlı müzakirələrdə kənarda saxlanılır? Bu anlaşılan deyil”.
 
Üzeyir Cəfərov bildirib ki, bu açıq şəkildə bütün dünyada qəbul olunmuş ədalətli çəkişmə prinsiplərinin pozulduğunu göstərir: "Biz hər dəfə yerində olmayan bir zərbə alırıq. İndiki halda həm ABŞ, həm Rusiya, həm də Fransa separatçı rejimi dəstəkləyən addımlardan çəkinməlidir. Çünki onlar ATƏT Minsk qrupunun həmsədrləridir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook