Azərbaycan hava məkanı və ya ərazisi İrana qarşı istifadə edilməyəcək - RƏSMİ
Yanvar 30
06:50
2026
Azərbaycan Respublikasının hava məkanı və ya ərazisi hər hansı dövlət tərəfindən qonşu İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməyəcək.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.
Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.



