SON XƏBƏR

“Azərbaycan Gürcüstana 3,3 milyard dollar investisiya qoyub” - Mikayıl Cabbarov

Dekabr 14
12:36 2021
"Azərbaycanla Gürcüstan arasında əlaqələr getdikcə dərinləşir. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı məcburi məhdudiyyətlərə baxmayaraq ikitərəfli ticarət dövriyyəsi sürətlə artır”.

"Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda bildirib.

"Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33 % artıb. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrindəndir. Bu günə qədər 3,3 milyard ABŞ dolları investisiya qoyulub. Biz yeni layihələrin həyata keçirilməsində maraqlıyıq”, - o deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook