SON XƏBƏR

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Tbilisidə görüşəcəklər

Fevral 18
10:01 2016
Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri fevralın 19-da Tbilisidə görüşəcəklər.
 
Görüşdə üç ölkə arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı layihələrin həyata keçirilməsi, regionda və dünyada baş verən proseslər və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
 
Nazirlər, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə maraqlanacaq, tikinti işləri gedən ərazilərə baxış keçirəcəklər.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Gürcüstanda olub və gürcü həmkarı Mixail Canalidze ilə görüşüb. Görüşdə Gürcüstan-Türkiyə ikitərəfli və Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığının perspektivləri, regional layihələr və digər məsələlər müzakirə edilib.
 
M.Çavuşoğlu Tbilisidən Azərbaycana səfər edəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook