Azərbaycan-Gürcüstan sərhəddində süni sıxlığa qarşı etiraz
Avqust 13
14:49
2016
"Hal-hazırda Gürcüstan-Azərbaycan sərhəddində, Sınıq Körpüdə gecikdirmə və dəhşətli süni sıxlıq yaradılıb.
"Biz tərəfdən onlara keçəndə adamın 1-ni 30-40 dəqiqəyə keçirirlərsə, Gürcüstan tərəfdə bunu 4 dəqiqəyə edirlər. Həqiqətən də süni və dəhşətli insan sıxlığı yaranıb”.
Qlobal.az
Bu barədə Gürcüstan-Azərbaycan sərhədinə yaxın kəndlərində yaşayan azərbaycanlılar məlumat veriblər.
Onlar bildiriblər ki, yaranan bu sıxlıq süni şəkildə edilib:
"Biz tərəfdən onlara keçəndə adamın 1-ni 30-40 dəqiqəyə keçirirlərsə, Gürcüstan tərəfdə bunu 4 dəqiqəyə edirlər. Həqiqətən də süni və dəhşətli insan sıxlığı yaranıb”.
Ətraf ərazilərdə yaşayan azərbaycanlılar vəziyyətlə bağlı səhərdən sərhədi keçmək istəyənlərin artıq aksiyaya başladıqlarını bildiriblər:
"Vəziyyət o həddə çatıb ki, sərhəddəki gözləyən azərbaycanlılar buna görə səhərdən etiraz aksiyası keçirirlər. Akisya səhər tezdən başlayıb və hazırda davam edir”. (modern.az)
Qlobal.az



