SON XƏBƏR

Azərbaycan gimnastı: "Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir"

May 28
16:53 2024
Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir.

Bu sözləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Güllü Ağalarzadə jurnalistlərə açıqlamasında deyib.

O, əsas məqsədləri olan "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazandıqları üçün xoşbəxt olduğunu bildirib: "Düzdür, Parisə lisenziyamız təsdiqlənməsə də, yaxın zamanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu qərar qəbul olunacaq. Üç lent və iki topla hərəkəti bitirdikdən sonra hakimdən gələcək xalı gözləyirdik. Ancaq bacardığımıza inanırdıq. Bizə hər zaman dəstək olan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirik. Məhz onun qayğısı sayəsində uğurlar qazanırıq. Çalışacağıq ki, bəzi səhvlər üzərində işləyək və "Paris-2024" Yay Olimpiya Oyunlarına tam hazır formada yollanaq".

Milli komanda çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq 4-cü yeri tutub. Həmçinin yığmamız 3 lent və 2 top proqramı üzrə 4-cü (33,350), halqalarla çıxışda isə 6-cı sırada (36,600) qərarlaşıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook