“Azərbaycan ÜDM-də hərbi xərclərin ən çox olduğu 5 ölkə sırasındadır” - SIPRI
Aprel 25
11:02
2022
Azərbaycan Ümumi Daxili Məhsulda (ÜDM) hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir.
Bu baxımdan, birinci yeri Oman (7,3%), ikinci yeri Küveyt (6,7%), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6%), dördüncü yeri isə Əlcəzair (5,6%) tutur.
Hesabatda bildirilir ki, 2021-ci ildə dünya ölkələrinin ümumi hərbi xərcləri 2,113 trilyon dollara çatıb. Dünya müdafiə xərcləri ardıcıl yeddinci ildir ki, davamlı olaraq artır. 2021-ci ildə artım real ifadədə 0,7% təşkil edib. Bu il hərbi xərclərin ən çox olduğu ilk beş ölkə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiyadır.
"Report” xəbər verir ki, bu barədə bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.
Belə ki, hesabat görə, Azərbaycanın ÜDM-də hərbi xərclər 5,3% təşkil edir.