SON XƏBƏR

Azərbaycan dərman bazarında qıtlıq: Səbəb nədir?

Mart 29
16:22 2023
"Bu gün Azərbaycanın dərman bazarında böyük problem yaşanır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun "Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür” fikirinə münasibət bildirərkən deyib. Professor problemin obyektiv və subyektiv amillərə bağlı olduğunu vurğulayıb:

"Azərbaycana dərman Ukrayna, Belarus və Rusiyadan idxal olunurdu. Rusiya ilə Ukrayna arasında gedən müharibə və infrastrukturun xeyli zərər çəkməsi müəyyən dərmanların yoxa çıxmasına gətirib çıxardıb. Azərbaycan dərmanla bağlı idxaldan asılı olan ölkədir. Bizim dərman sənayemiz, demək olar ki, məhdud həcmi əhatə edir. Bu, problemin obyektiv səbəbidir”.

Subyektiv səbəblərə gəlincə, ekspertin fikrincə, bu, dərman idxalı ilə məşğul olan strukturların vəziyyəti vaxtında dəyərləndirməyib, lazımı tədbirlərin görülməməsidir:

"Məsuliyyət onların üzərindədir. Yaxşı olar ki, əhalinin əlçatan, xüsusi ilə qiymətlərdə müvafiq dərmanların idaxlı Türkiyədən həyata keçirilsin. Həm bu dərmanlar kifayət qədər keyfiyyətlidir, həm də qiymətləri bizə müvafiqdir”.   

Qeyd edək ki, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı "Bizim ölkədə qonşu ölkələrə baxanda dərmanların qiyməti 3-4 dəfə bahadırsa, nəyə görə dərman tapılmır? Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür. Biz şirkətlərə sual edirik, ölkədə dərman qiymətləri bu qədər bahadırsa, niyə o dərmanları gətirməkdə maraqlı deyillər?”, deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook