"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyinat olub.
"Report” xəbər verir ki, sözügedən vəzifə Sənubər Nəzərovaya həvalə edilib.
O, bundan əvvəl "SOCAR AQŞ" MMC-nin mətbuat meneceri vəzifəsində çalışıb və yeni vəzifəsində Natəvan Bayramovanı əvəz edib.