SON XƏBƏR

Azərbaycan çempionu 4 illik diskvalifikasiya olundu

Oktyabr 14
09:47 2024
Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.

AMADA-nın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.

Qeyd edək ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook