Azərbaycan Böyük Britaniyadan qızıl tədarükünü kəskin artırıb
Yanvar 21
16:41
2026
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 5 milyard 42 milyon ABŞ dolları dəyərində 48 min 402 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
Ötən ilin ilk 11 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 297,45 milyon ABŞ dolları dəyərində 4 312 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 59 % və 8,5 % çoxdur.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 86 %, kəmiyyət olaraq – 42 % çoxdur.
Hesabat dövründə Azərbaycana Avstraliyadan 889,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 8 min 99 kiloqram (-47 %), Amerika Birləşmiş Ştatlarından 725,6 milyon ABŞ dolları dəyərində (-18 %) 6 min 458 kiloqram (-41 %), Rusiyadan 656,8 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 6 min 784 kiloqram (+3 dəfə), Böyük Britaniyadan 481,3 milyon ABŞ dolları dəyərində 4 min 861 kiloqram (1 il əvvəl 0,01 min ABŞ dolları dəyərində 0,01 kiloqram qızıl alınıb), İsveçrədən 396,3 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 3 min 453 kiloqram (+75 %) məhsul gətirilib.
2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.



