SON XƏBƏR

Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin iclası keçirilib

Noyabr 26
17:31 2022
Bu gün Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin iclası keçirilib. İclası aparan Azərbaycan Bütövlük Platformasının sədri Bəhram İsmayılov ötən dövrdə görülən işlər və təşkilatlanma ilə bağlı məlumat verib.
 
İdarə Heyətinə Azərbaycan Bütövlük Platformasının emblem eskizi təqdim edilib. Emblemdə göy, qırmızı və yaşıl rənglər bayrağımızdan götürülüb və bu vəhdətlə bütöv ərazimizdə demokratik dövlət qurmağı hədəf göstərir. Emblem müzakirə olunaraq qəbul olunub.
 
 
 
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olunub. Təşkilatın Nizamnamə və Məramnaməsinin hazırlanması üçün işçi qrupu seçilib. Azərbaycan Bütövlük Platformasının 21 Azər (12 dekabr) və 31 dekabr tarixi günləri ilə bağlı tədbirlərin keçiriləcəyi müəyyənləşib.
 
İdarə Heyəti Azərbaycan Bütövlük Platformasının Məclisi, Gənclər və Qadınlar qolunun yaradəlması ilə bağlı müzakirələr aparıb. Azərbaycan Bütövlük Platforması Güney Azərbaycanda baş verənlərə Azərbaycan Respublikası olaraq yanaşmasına münasibət bildirib və bəyanat qəbul edib. Bəyanatda Platforma BMT-də İranda insan haqlarının vəziyyətinin müzakirəsi zamanı Azərbaycan təmsilçisinin bitərəf qalmasından təəssüfləndiyini bildirir, Azərbaycan Prezidentinin Güney Azərbaycan türklərinə dəstək mesajını isə təqfirəlayiq hesab edir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook