Azərbaycan bu il 8 mlrd. kubmetrdən artıq qaz hasil edib
![](https://qlobal.az/photo/680x365/2024-03/1710226646_1cba472a-61e8-481b-ace0-64cc4a5ec34a.jpg?1722070357)
Mart 12
10:56
2024
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 240 mln. kubmetr artımla hasil edilmiş 8,2 mlrd. kubmetr qazın 4,1 mlrd kubmetri ixrac olunub.
"APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub.