SON XƏBƏR

"Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir" - Yalçın Rəfiyev

May 26
08:28 2025
Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə Afrika Gününə həsr olunmuş paylaşımında yazıb.

"Afrika insan sivilizasiyasına böyük töhfə vermiş bəşəriyyətin beşiyi, müxtəliflikdə birləşmiş və zəngin irsə malik bir qitədir.

Bu ilki Afrika Günündə biz Afrika xalqlarına sülh və inkişafa əsaslanan davamlı və dayanıqlı gələcək arzulayırıq.

Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını və dostluq əlaqələrini yüksək qiymətləndirir", – XİN başçısının müavini qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook