SON XƏBƏR

Azərbaycan 4 milyard dollar kredit götürür

Yanvar 28
11:37 2016
Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bu barədə BVF-nin nümayəndəsi "Financial Times” qəzetinə bildirib. Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək. "Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib.
 
APA.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook