"Azəravtoyol" MMC dövlətin büdcəsini necə talayır?- İDDİA
Avqust 24
19:48
2016
"Azəravtoyol”
ASC-nin apardığı yolların tikinti və təmiri işlərində ciddi maxinasiyalar var.
Qlobal.az-a daxil
olan məlumatlara görə, "Azəravtoyol” ASC-nin nəzdində fəaliyyət göstərən yol
tikinti və təmiri idarələrinin və eləcə də tenderlər vasitəsi ilə yol
tikintisinə cəlb olunmuş şirkətlərin yük maşınlarının istifadəsində və
istismarında ciddi qanun pozuntularına yol verilir. Belə ki, yükdaşımalarla məşgul
olan ağır tonnajlı maşınların (əsasən TATRA modelli maşınların) sənədləri (Putyovkaları - qaimələri) sürücülərə
ağ formada (yazılmamış) verilir.
Mövcud
qanunvericiliyin tələblərinə uyğun olaraq sürücülərə təqdim olunan həmin sənədlərdə
yükün həcmi, yükün çəkisi, yükün aparılacağı məsafənin uzunluğu göstərilməli
olduğu halda bunlar rəhbərlik tərəfindən edilmir. Həmin ağ vərəqlər sürücülər tərəfindən
imzalatdırılaraq Bakı şəhərində yerləşən baş ofisə göndərilir. Baş ofisə ağ
halda göndərilən sənədlərdə (putyovkalarda) isə hansı rəqəmlərin yazılmasından
sürücülərin xəbəri olmur.
Əldə
etdiyimiz məlumata görə, ay ərzində
sürücülərin 20-22 iş günü əhatə olunan bu sənədlərdə daşınan yüklərin həcmi və
çəkisi fantastik formada şişirdilir. Ay ərzində yüklərin daşınan məsafəsinin
uzunluğu isə 6-9 min kilometrədək qaldırılır. Məhz bu səbəbdən də sürücülərin əmək haqları pozulur. Belə ki,
sürücülərin aylıq maaşları sənədlərdə (putyovkalarda) yazılan rəqəmlərə görə
hesablanmır. Çünki belə olan halda sürücülər indiki kimi 450-490 manat yox
1500-2000 manat maaş almalıdırlar.
Redaksiyamızın
araşdırmaları nəticəsində əldə olunan digər məlumat isə "Azəravtoyol” ASC-dəki
başqa bir qanun pozuntusu ilə bağlıdır. Belə ki, yolların tikintisində istifadə
olunan maşınlar və digər texnikalar
ehtiyat hissələri ilə "Azəravtoyol” ASC tərəfindən təhciz olunmalıdır. Ancaq
burada da sürücülər istismar olunur. Maşınların xarab olan hissələri
qeyri-qanuni olaraq sürücülərə aldırtdırılır. Sürücülərə qeyri-qanuni
aldırtdırılan ehtiyat hissəlıri üçün onlara müəssisə tərəfindən heç bir ödəniş
olunmur. Bu hal onların maaş cədvəllərində də nəzərə alınmır. Ancaq təbii ki,
maşınların ehtiyat hissələri üçün dövlətdən ayrılan pullar hansısa qrup tərəfindən
mənimsənilir.
Qeyd edək ki, bu məlumatlara "Azəravtoyol" MMC-nin mətbuat xidmətindən münasibət öyrənmək istəsək də qarşı tərəf danışmaq istəmədi.
Qlobal.az



