“Azəravtoyol” ASC-nin sədr müavini ilə bağlı yazılanlar təsdiqini tapmadı
Dekabr 07
19:17
2021
Son zamanlar bəzi mətbuat orqanlarında "Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev haqqında faktlara əsaslanmayan məlumatlar yayılıb.
Həmin məlumatlarda Əvəz Qocayevin çoxsaylı mülklərinin olduğu iddia edilir.
Sözügedən məqalə istinadla saytımızda da işıqlandırıldıqdan sonra bununla bağlı müxtəlif etiraz və iradların bildirilməsi mövzunu dərindən araşdırmaq zərurəti yaratdı. Aparılan jurnalist araşdırmasından sonra isə bəlli oldu ki, əslində ona məxsus olduğu bildirilən obyektlərlə Əvəz Qocayevlə, o cümlədən onun ailə üzvləri ilə hansısa bağlılığı yoxdur.
Qlobal.az saytı bu mövzuda yazıların dərcini həqiqəti əks etdirməyidi üçün yayımdan qaldırıb.
Mediada yayılan məlumatlardan biri də "Azəravtoyol” ASC-nin sədr müavinin I Qarabağ savaşında iştirakı ilə bağlıdır.
Qlobal.az saytı bu xəbər barədə ətraflı araşdırma aparıb. Araşdırmamızla bərabər Əvəz Qocayevin döyüş yoldaşları da redaksiyamızla əlaqə saxlayaraq, onun I Qarabağ savaşında Goranboy rayonunun müdafisəi, Kəlbəcər və Laçın rayonunun işğaldan azad edilməsi istiqamətində müxtəlif döyüşlərdə iştirak etdiyini, bu döyüşlərdə xüsusi fəallıq göstərdiyini vurğuladılar.