SON XƏBƏR

"Azər Türk Bank"ın "Bayram endirimləri"

Mart 17
16:47 2016
"Azər Türk Bank"ın Novruz bayramı münasibətilə ödəniş kartları üzrə "Bayram endirimləri" davam edir.
 
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya müddətində ödəniş kartı üçün "Azər Türk Bank"a müraciət edən müştərilərə kart xidmət haqqının 50 faizi dəyərində endirim olacaq. Həmçinin bankın əməkhaqqı kart sahiblərinə təklif olunan "Korporativ" kredit məhsulu nağdlaşdırılan zaman birdəfəlik xidmət haqqı komissiyası tətbiq edilməyəcək.
 
Kampaniya aprelin 1-dək davam edəcək. "Azər Türk Bank"ın "Bayram endirimləri" kampaniyasından yararlanmaq istəyən şəxslər şəxsiyyəti təsdiq edən sənədlə bankın istənilən filial və şöbəsinə yaxınlaşaraq ödəniş kartlarını onlayn sifariş edə bilərlər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook