SON XƏBƏR

"Azər Türk Bank"dan yeni "MobilBank" xidməti

Yanvar 11
13:07 2016
"Azər Türk Bank” müştərilərinə mobil telefon vasitəsilə müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı yaradan "MobilBank" xidməti təqdim edir.
 
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Azər Türk Bank”ın istənilən növ ödəniş kartına sahib müştəriləri SİM kartı dəyişmədən, istənilən mobil operator nömrəsi ilə banka gəlmədən bu tətbiqi smartfonlarına yükləyə, yerindən və zamanından asılı olmadan əməliyyatların real vaxt rejimində həyata keçirilməsi kimi üstünlüklər əldə edə bilərlər.
 
Bu xidmətdən istifadə etməklə kommunal, mobil operator və internet provayder xidmətlərinin ödənişlərinin həyata keçirilməsi, həmçinin kartdan-karta pul köçürülməsi, kartın bloklaşdırılması və blokdan çıxarılması, kart hesabı üzrə çıxarışın alınması əməliyyatlarının yerinə yetirilməsi mümkündür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook