SON XƏBƏR

"Azər Türk Bank"dan "Bayram endirimləri" kampaniyası

Mart 01
14:16 2016
"Azər Türk Bank" müştərilərə təqdim etdiyi ödəniş kartları üzrə yeni "Bahar endirimləri" kampaniyasına start verib.
 
Bankdan AZƏRTAC-a bildiriblər ki, Novruz bayramı münasibətilə martın 1-dən aprelin 1-dək ödəniş kartı əldə etmək üçün banka müraciət edən bütün müştərilərə kart xidmət haqqının 50 faizi dəyərində endirim olunacaq. Eyni zamanda, bank tərəfindən 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə martın 1-dən 11-dək banka müraciət edən xanımlar və evli cütlüklər üçün də xüsusi təklif hazırlanıb. Həmin tarixlərdə ödəniş kartları üçün müraciət edən xanımlara xidmət haqqının 50 faizi dəyərində endirim olunacaq. Evli cütlüklərə isə hər ikisi ödəniş kartı sifariş etdikdə, ödənişi daha yüksək olan kart 50 faiz endirimlə, digəri isə ödənişsiz təqdim ediləcək. Kampaniya etibarlılıq müddəti 1 il olan kartlara şamil olunur.
 
Həmçinin "Azər Türk Bank"ın əməkhaqqı kart sahiblərinə təklif olunan "Korporativ" kredit məhsulu nağdlaşdırılan zaman 1 faiz birdəfəlik xidmət haqqı komissiyası tətbiq ediləcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook