“Azər Türk Bank müştərilərin gözü ilə” layihəsi həyata keçirilib
Fevral 12
12:09
2016
"Azər Türk Bank müştərilərin gözü ilə” adlı videolayihə həyata keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihədə Azər Türk Bank ilə uzun müddət əməkdaşlıq etmiş və yeni əməkdaşlığa başlamış müştərilər iştirak ediblər. Layihənin məqsədi müştərilərin bankın xidmət səviyyəsindən nə dərəcədə razı qaldıqlarını müəyyənləşdirmək, bankla davamlı əməkdaşlığın sirrini müştərilərin dilindən eşitmək olub.
Layihə çərçivəsində bankın ayrı-ayrı müştəriləri ilə videomüsahibələr hazırlanıb. Bankın daimi müştəriləri niyə məhz Azər Türk Bankı seçdiklərindən danışıb, xatirələrini bölüşüb, bankın gələcək fəaliyyəti ilə bağlı arzu və təkliflərini bildiriblər.
Qlobal.az