"Azər Türk Bank" fərdi müştərilərinə "MasterCard"ın ödəmə kartlarını təklif edir
Yanvar 18
11:05
2016
"Azər Türk Bank" fərdi müştərilərinə "MasterCard" şirkətinin ödəmə kartlarını təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu kartlar müştərilərə günün istənilən saatında, internetə çıxış olmadan müxtəlif bank əməliyyatlarını həyata keçirmək, bank filialına getmədən hesabını mobil telefonla nəzarətdə saxlamaq, ən qısa zamanda bank hesabı ilə bağlı məlumat əldə etmək, müxtəlif çeşidli bank əməliyyatlarını həyata keçirmək, elektron ödənişlərini tam təhlükəsiz bir şəkildə yerinə yetirmək üstünlükləri verir.
Müştərilər "Azər Türk Bank"ın ödəniş kartlarına sahib olmaqla həm elektron bank xidmətlərinin yaratdığı bütün imkanlardan istifadə edə, həm də bankın "Card to Card Transfer", "Сash In", "Cash To Any Card", "POS Credit", "SMS Bildiriş", "PIN Change", "Internet Banking", "MobilBank" və müxtəlif onlayn ödəmə xidmətlərindən rahat faydalana bilərlər.
Qlobal.az