Azər Rəcəbovun müavini yenidən həbs edildi
Yanvar 22
12:48
2025
Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məsləhətçisi və müavini vəzifəsini icra etmiş Seymur Səfərov yenidən həbs edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.
S.Səfərovun şərti cəzası 3 il 6 ay müddətinə həbslə əvəz edilib. O, azadlığa buraxıldıqdan 21 ay sonra məhkəmə zalında həbs olunub.
Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbov və idarənin mütəxəssisi Ələkbər Əliyevin isə cəzası azaldılıb. A.Rəcəbova yekun olkaraq 10 il, Ə.Əliyevə isə 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.