Azər Qasımlının həbs müddəti uzadıldı

Aprel 03
11:50
2025
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
"Report"un məlumatına görə, bu barədə qərar Yasamal Rayon Məhkəməsində verilib.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.
Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.