SON XƏBƏR

Azər Əsgərovun ifadəsində ziddiyətlər ortaya çıxdı – Qalmaqallı məhkəmə prosesi yarımçıq dayandırıldı

Dekabr 30
08:41 2022
Dekabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə "Azİmport” MMC-nin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, 5 qat dünya çempionu Azər Əsgərovun iş adamı Kamal Akimova qarşı şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Xatırladaq ki, bu iş üzrə 23 dekabrda keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını təqdim etmişdi. Daha sonra iş adamının vəkili Ceyhun Yusifov Azər Əsgərova suallar ünvanlamışdı.

"AzPolitika.info” xəbər verir ki, bu gün keçirilən iclasda iddiaçı "Azİmport” rəhbərinin istintaqa ifadəsi elan olunub. A.Əsgərov ifadəsini qismən təsdiqlədiyini bildirib. Onun ifadəsində ziddiyətli məqamlar ortaya çıxıb. MMC rəhbəri əvvəlki ifadəsində bildirib ki, söküntü zamanı digər sakinlərə kompensasiya ödənilib. Daha sonra 5 qat dünya çempionu bildirib ki, yolda getdiyi yerdə ona fiziki təzyiq göstərilib. A.Əsgərov əvvəlki ifadəsində ləğv edilmiş MTN-də ona təzyiq göstərildiyini deməyib.
Kamal Akimovun vəkilləri bu ziddiyətlərlə bağlı Azər Əsgərova suallar ünvanlasa da, o suallara cavab verə bilməyib.

Məhkəmə prosesini texniki problemlərə görə davam etdirmək mümkün olmayıb. Hakim bildirib ki, video çəkiliş aparılmadığına görə məhkəmə iclasını dayandırır və proses 13 yanvar 2023-cü il tarixə qədər təxirə salınır.

İttiham aktına görə, prosesdə müdafiə tərəfi olan Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. İş adamı mətbuata bildirib ki, özü zərərçəkən olduğu halda "Azİmport” rəhbərinin şər-böhtanı ilə üzləşib. Onun sözlərinə görə, 2012-ci ilin avqust ayında Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən, 146 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi Azər Əsgərova məxsus MMC tərəfindən dağıdılıb. Bir neçə il çəkən məhkəmə çəkişmələrindən, dövlət qurumlarına ardıcıl müraciətlərdən sonra "Azİmport” rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəməyi öhdəsinə götürüb. Amma bu vəsaitin 500 min dolları iki il ərzində hissə-hissə ödənildikdən sonra Azər Əsgərov qalan məbləği verməkdən imtina edib. MMC rəhbəri daha sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Akimovdan şikayətçi olub. O, şikayət ərizəsində göstərib ki, iş adamı ona hədə qorxu gəlib, təhdid edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook