Azər Ayxan “Yeni Müsavat”dan istefa verdi – “Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan...”
İyul 06
14:23
2022
"Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan tutduğu postdan istefa verdiyini açıqlayıb. Bu barədə o "Feysbuk" səhifəsində məlumat verib.
A.Ayxan istefa verməsinin səbələrinə belə aydınlıq gətirib: "Yeni Müsavat" Media Qrupu ilə yollarımı ayırdım. "Yeni Müsavat"ın baş redaktoru vəzifəsindən istefa verdim. Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.
Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.
Ətraflı
Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər".
"Yeni Müsavat" Media Qrupunun baş direktoru Ələsgər Süleymanov Azər Ayxanın istefası ilə bağlı açıqlama verib. O, sosial şəbəkədəki hesabında bunları bildirib: ""Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizlər üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan "Yeni Müsavat"ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır. Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir. "Yeni Müsavat" Media Qrupunun kollektivi hələ də ümid edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq”.
"AzPolitika.info"