SON XƏBƏR

“Azbeauty Group” 97 minə nasaz lazer aparat satıb? - Şikayət

Mart 17
13:57 2022
"Azbeauty Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) Daxili İşlər Nazirliyinə şikayət edilib.

Musavat.com-un əldə etdiyi məlumata görə şikayət MMC-nin rəhbəri Yusif Rəhimovun satdığı 97500 manatlıq avadanlığa görədir.

Yusif Rəhimov Azərbaycanda lazer aparatlarının satışı ilə məşğuldur. Onun müştərisi Vəfa Abdurrahmanova polisə müraciət edərək 2020-ci ildə aldığı lazer aparatının keyfiyyətsiz və nasaz olduğunu bildirib. Buna görə də 97500 manat zərərə düşdüyünü söyləyib.

Şikayətlə bağlı Nəsimi Rayonu Polis İdarəsinin 21-ci polis bölməsində araşdırma aparılır.
 
Yusif Rəhimov "AZBEAUTY GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook