SON XƏBƏR

Azay Quliyev təlaşda: Dövlət Vergi Xidməti Şurada yoxlamaya başlayır

Sentyabr 10
10:18 2020
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti yoxlanacaq.
 
Qlobal.az xəbər verir ki, AzFakt.com-a mötəbər mənbədən verilən məlumata görə Şurada auditi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirəcək. 
 
Qeyd edilir ki, buna səbəb Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının son illər həyata keçirdiyi çoxsaylı səmərəsiz qrant layihələridir. Eyni zamanda layihələrdə media üçün nəzərdə tutulan vəsaitlərin də aidiyyatı üzrə xərclənmədiyi deyilir. 
 
Məlumatda Dövlət Vergi Xidmətinin gözlənilən auditini önləmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin İqtisadiyyat Nazirliyinin rəhbərliyinə müxtəlif kanallar vasitəsilə çıxmaq istəməsi cəhdinin alınmadığı deyilir. 
 
Adları çəkilən şəxslər və qurumlar xəbərə mövqe bildirə bilər.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook