SON XƏBƏR

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni açıqlama

Oktyabr 01
11:18 2025
Hazırda ötən ilin dekabr ayında AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işi davam edir.

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən bu işin istintaqı aparılır, birgə əməkdaşlıq edilir:

"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq".

Baş Prokuror bildirib ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan Prokurorluğu ilə yanaşı, Rusiya prokurorluğunda araşdırma aparılır.

O qeyd edib ki, Rusiyada da zor tədbiq edilməsi və işgəncə faktları bağlı ayrıca istintaq aparılır:

"Bu işlə də Rusiya ilə əməkdaşlıq edirik, əməliyyat tədbirləri ilə əsaslı güc tədbiq edilməsi və işgəncə verilməsi faktlarını nəzərdə tuturam. Qanuni və məntiqli sonu olacağına inanıram".//Report.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook