"AZAL dünyanın ən etibarlı aviaşirkətlərindən biridir" - Rəşad Nəbiyev
Dekabr 29
11:41
2024
"Azərbaycan Hava Yolları" QSC (AZAL) təhlükəsizlik və keyfiyyət standartlarına görə dünya miqyasında etibarlı aviaşirkətlərindən biri kimi tanınır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190” tipli sərnişin təyyarəsinin Rusiya ərazində vurulması və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğraması nəticəsindəə həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190” tipli sərnişin təyyarəsinin Rusiya ərazində vurulması və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğraması nəticəsindəə həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
"Xüsusilə, təcrübəli pilotların peşəkarlığı və sücaəti bu sahədə böyük əhəmiyyət kəsb edir. Onların çətin anlarda göstərdiyi qəhrəmanlıq Azərbaycan aviasiya tarixində silinməz iz buraxıb", - nazir bildirib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və bundan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.