SON XƏBƏR

Azadlıq Radiosunun TürkSatda yayımı dayandırıldı

Avqust 15
14:17 2016
"Kanal V" Azadlıq Radiosunun proqram yayımını dayandırdı.
 
Kanal göndərdiyi rəsmi məktubda "Azadliq A-LIVE " proqramının yayımdan çıxarılması səbəbini açıqlamayıb.
 
Avqustun 8-dən AzadliqRadiosunun TürkSat Peykində "Kanal V"də həftəiçi hər gün axşam saat 8-də efirə gedən gündəlik "Azadliq A-LIVE " proqramı yayımdan çıxarılıb. Bu haqda AzadlıqRadiosu məlumat yayıb.
 
Kanal göndərdiyi rəsmi məktubda bu addımının səbəbini açıqlamayıb.
 
Radio Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendum ərəfəsində, ictimaiyyətin müstəqil xəbər almaq haqqını təmin etmək üçün TV və Radio formatlarında verilişlərini davam etdirəcəyini açıqlayıb.
 
"Azadliq A-LIVE" televiziya proqramını hər gün eyni vaxtda - Bakı vaxtıyla axşam saat 8-də AzadlıqRadiosu-nun "facebook" səhifəsində, "youtube" kanalında, "azadliq.org" internet ünvanında və SMART TV-lərdə RFE/RL APP vasitəsilə izləmək mümkün olacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook