"Azad Rəhimovun içində pul olan çantasını oğurlamışdılar" - Çingiz Abdullayev
Yanvar 25
01:32
2017
"Kitabdan milyon qazanmışam, hamısını da xərcləmişəm”
Qlobal.az Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin Lent.az-a müsahibəsini təqdim edir:
- Çingiz müəllim, siz ölkədə və dünyada ən çox oxunan, həm də çox yazan yazıçı kimi tanınırsınız. Maraqlıdır, indiyə qədər neçə kitabınız işıq üzü görüb?
- Mənim indiyədək 197 adda kitabım çıxıb. Dünyanın 31 dilinə tərcümə olunmuşam. Baxın, gördüyünüz bu rəflərdəki kitablarım dünyanın müxtəlif dillərində çap olunan əsərlərimdən nüsxələrdir.
- Siz nəsr yazırsınız. Roman süjeti qurmaq, personajları idarə etmək dövlət idarəçiliyi kimi mürəkkəb bir işdir. Bəs əsərlərinizin hər birinin məzmunu, süjeti yadınızda qalırmı?
- Hər biri dəqiqliyinə kimi yadımdadı. Yadımda necə qalmaya bilər? Onlar mənim övladlarımdır.
- Maraqlıdır, bu qədər süjeti necə qurursunuz?
- Baxın, XIII əsrdə Dante Aligeri "İlahi komediya”nı yazmışdı. XIX əsrdə Balzak "İnsan komediyası”nı yazdı. XX əsrdə Con Qolsuorsi "Müasir komediya”nı yaratdı. Mən də XXI əsrdə "Kriminal komediya”nı yazdım. Təbii ki, adını çəkdiyim yazıçılarla özümü müqayisə eləmirəm. Amma bilirsinizmi, bu xronologiyanı davam etmək istəyim hardan doğdu? Çünki yaşadığımız əsr kriminal əsridi. Təkcə son 25 il ərzində baş verən hadisələrə nəzər salaq: SSRİ-nin dağılması, Qarabağ problemi, mərhum prezident Heydər Əliyevə, Şevardnadzeyə qarşı sui-qəsd cəhdləri və bu müstəvidəki bir çox olayları yada salsaq, deyə bilərəm ki, mövzu qıtlığı çəkmirəm. Hətta yazıçı fantaziyamdan, demək olar, az istifadə etmişəm. Çünki real mövzu o qədər mürəkkəb və detallarla zəngindir ki, özündən uydurmağa ehtiyac qalmır.
- Bu qədər yazmağa necə vaxt tapırsınız?
- Mənə imkan versəydilər, iki dəfə bundan artıq yazardım.
- Kim imkan vermir?
- Mənim on səkkiz ictimai vəzifəm var. Düzdür, ictimai işlərdən maaş almıram, amma işləyirəm.
- Onda yəqin ki, sürətlə yazırsınız...
- Bəli, sürətlə yazıram.
- Kompüterdə işləyirsiniz, yoxsa kağız üzərində?
- Əvvəllər makinada yazırdım, son iyirmi beş ildir ki, kompüterdə işləyirəm. Elə uşaqlıqdan makinada sürətlə yazırdım. Kompüterə keçəndə də həmin sürətlə işləyirəm. Təsəvvür edin, bir saniyədə altı şriftin üstünə vura bilirəm. Olub ki, bir gecədə yüz səhifədən çox yazı yazmışam. Bir saata on səhifə yaza bilirəm, on saat ərzində isə yüz səhifəyə çatdırıram. Başlayanda davamlı işləyirəm. Vaxt olub ki, səhər saat 9-da yazmağa başlamışam, ertəsi gün günorta saat 2-3-də dayandırmışam. Bəzən gün ərzində 130-140 səhifə yaza bilirəm.
- Yəqin, əsərin süjeti də yazı prosesində öz-özünə inkişaf edir, yəni, bütün detalları öncədən planlaşdırmırsınız...
- Bəli. Yazı üzərində işləyəndə qəhrəmanlarım çox vaxt mənimlə mübahisə edir, razılaşmadığımız məqamlar olur, ona görə əsərin hansı sonluqla bitəcəyini heç özüm də əvvəlcədən bilmirəm. Mənim əsl həyatım kitablarımdadı. Çünki öz əsərlərimdə tanrıyam, orda yaratdığım dünyada nə istəyirəm eləyirəm, taleləri necə istəsəm, elə qururam, istədiyim qadını sevirəm, istədiyim adamı öldürürəm və s. Yəni, mən öz əsərlərimdə arzuladığım kimi yaşayıram.
- Əsasən uğursuz yazıçıların sevdiyi bir ifadə var: "Mən özüm üçün yazıram”. Bu məntiqlə razısınızmı?
- Çingiz müəllim, bayaq da dediniz, çox yazırsınız. Çox yazmaqla qrafomaniya arasındakı sərhədi necə təyin edirsiniz?
- Qrafoman – çox yazı yazan, öz yazdıqlarına vurulan, yazdığının gərəkli olduğuna inanan adama deyilir. Bu məntiqdən çıxış etsək, bütün böyük yazıçılar qrafoman olub. Məsələn, Tolstoy, Dostoyevski, Lope de Veqa, Dikkens, Nizami kimi nəhənglər həcm baxımından həm çox yazıblar, həm də yazdıqlarından narazı olmayıblar. Bu adamlar qrafomandırlar, amma onları hamı sevir. Mən belə qrafomaniyanın tərəfdarıyam. Məsələn, bir müddət bundan əvvəl Argentinada kitabım çap olundu. Öz aramızdır, Argentinada heç kim Çingiz Abdullayevin qara qaşına vurulmayıb ki! Əgər mənim əsərimi öz dillərinə çeviriblərsə, demək, yazdıqlarım onlar üçün maraqlıdır.
- Çingiz müəllim, ədəbi mühitdə belə bir düşüncə var ki, siz rus dilində yazdığınıza görə dünyaya çıxış imkanlarınız daha genişdir. Yəni biri var, 9 milyonun dilində yazasan, biri də var, 150 milyonun. Rus dilində yazdığınıza görə bəzən sizi Azərbaycan yazıçısı hesab etmirlər.
- Tamamilə yanlış düşüncədir. Hansısa xarici dildə yazmaq yazıçının milliyyətini şübhə altına ala bilməz. Əksinə, bu, yazıçının üstünlüyüdür. Onda deyək ki, Nizami fars şairidir, Füzuli fars ədəbiyyatına aiddir? İsmayıl bəy Qutqaşınlı fransızca yazırdı, onda deməliyik ki, o, fransız yazıçısıdır? Bəyəm qırğız və qazax yazıçıları Çingiz Aytmatov, Oljas Süleymanov rus yazıçılarıdır? Bəs İmran Qasımov, Rüstəm İbrahimbəyov, Ramiz Fətəliyev, Natiq Rəsulzadə, Elmira Axundova? Bu adamlar azərbaycanlıdır, o cümlədən, mən də bu sıraya daxiləm. Anar rusca yazanda rus yazıçısıdır, azərbaycanca yazanda Azərbaycan yazıçısıdır? Əlbəttə, bu, düzgün məntiq deyil. Ancaq başqa dildə yazıb özünü ruhən başqa millətə aid edənlər də var. Məsələn, məşhur rus yazıçısı Boris Akunin milliyyətcə təmiz gürcüdür. Halbuki doğma adı Qriqori Şalvoviç Çxartişvilidir.
- Doğrudan? Şəxsən mən onun gürcü olduğunu bilmirdim...
- Bəli, təmiz gürcüdür. Lakin o, özünü rus yazıçısı hesab edir, hər yerdə də deyir ki, mən rus yazıçısıyam, yazdıqlarım da rus ədəbiyyatına aiddir.
- Yəni demək istəyirsiniz ki, sizin dünyada tanınmağınız rus dilində yazmağınızla bağlı deyil.
- Baxın, rus dilində yazan minlərlə yazıçı var. Məgər onların hamısını bütün dünyada oxuyurlar? Təsəvvür edin, onların arasında birinci olmaq necə çətindir. Ümumiyyətlə, ədəbiyyatın dünyada beş əsas dili var: İngilis, rus, alman, fransız, ispan. Dünyaya çıxmaq istəyən yazıçı bu dillərin heç olmasa birində yazmalı, yaxud birinə tərcümə edilməlidir. Orxan Pamuk 2004-cü ildə bizim AYB-nin qurultayına gəlmişdi. Pamuk etiraf etdi ki, onu Avropada əsərləri ingilis və fransız dillərinə tərcümə edildikdən sonra tanıdılar. Hətta 80 milyonluq Türkiyədə belə məşhur yazıçı olmaq hələ dünyaya çıxmaq demək deyil.
- Sizin əsərlərinizin həm də intellekt yükü var. Məsələn, "Şübhəsiz metamorfoz” povestinizdə Moskvada ultra elit hoteli, onun ən ağlagəlməz xidmətlərini detallarıyla təsvir etmisiniz. Yaxud, kriminal bir qrupun yığışdığı gizli məkan. Bu yerlərdə şəxsən olmusunuzmu?
- Hansı məkanları təsvir etmişəmsə, onların hamısında olmuşam. Adlarını açıqlamayacağam, mənim oxucum olan bir neçə çox məşhur şəxs əsərlərimdə təsvir etdiyim yerlərdə olduqdan sonra mənə dedilər ki, necə yazmısınızsa, hamısını gözümüzlə gördük.
- Kitablarınız xaricdə şəxsi təşəbbüsünüzlə çap edilir? Yəni, özünüz bu prosesdə bilavasitə iştirak edirsinizmi?
- Yox, qətiyyən! Mən xarici ölkələrdə öz istəyimlə bir cümlə belə çap etdirməmişəm. Əsərlərimi xarici nəşriyyatlar müxtəlif dillərə çevirib çap edir, qonorarımı da özümə göndərirlər.
- Bir dəfə prezident İlham Əliyev sizin əsərlərinizi oxuduğunu demişdi…
- Yeni kitabım çap olunanda cənab prezidentə şəxsən özüm yollayıram. Mən Frankfurt mükafatına layiq görülmüşəm, bu, Avropanın ən böyük ödülüdür. On dörddən çox beynəlxalq mükafat almışam. Amma bütün bu mükafat və titulların içərisində ən çox qürur duyduğum Azərbaycanın Xalq Yazıçısı fəxri adıdır. Bu ada mən 46 yaşımda layiq görülmüşəm. Bilirsiniz ki, bütün keçmiş SSRİ məkanında cəmi dörd nəfər 50 yaşında Xalq Yazıçısı adına layiq görülüb. Qalanları 60, 70, hətta 90 yaşlarında alıblar. Buna görə o zaman prezidentə dedim ki, sizə çox minnətdaram, amma bu ad mənim üçün gözlənilməz oldu. Üstəlik Yazıçılar Birliyi də məni o ada təqdim etməmişdi. Onda cənab prezident gülüb dedi, mən bilirəm neyləyirəm.
- Çingiz müəllim, əsasən, cinayət aləmindən, cinayətkarlardan yazırsınız. Sizcə, həbsxana həyatı cinayətkarı islah edə, tərbiyələndirə bilirmi?
- Təəssüf ki, yox. Cinayətkarların bir çoxu türmədə düzəlmək əvəzinə daha da hiyləgərləşirlər. Məncə, türmə həyatı insanı düzəltmir. Əvvəllər bizim həbsxanalarda vəziyyət çox pis idi, məhkumlarla qeyri-insani davranırdılar. Müstəqillikdən sonra problemlər yavaş-yavaş qaydasına düşməyə başladı. Vəkillər, hüquq müdafiəçiləri mütəmadi həbsxanalarda olur, məhkumlarla görüşürlər. Mən özüm tez-tez koloniyalara baş çəkirəm, uşaq koloniyasında oluram.
- Uşaq koloniyasında ən çox hansı cinayət "dəbdədir”?
- Orda cəza çəkənlər, əsasən, oğurluq üstə tutulanlardır. Xırda xuliqanlıq, fırıldaqçılıq da buraya aiddir.
- Bəs, ölüm işləri?
- Var, qətl törədənlər də var, ancaq onlar çox azdır.
- Siz ora vəkil kimi gedirsiniz?
- Xeyr, yalnız yazıçı kimi. Ancaq bacardığım köməyi də onlardan əsirgəməmişəm.
- Bu qədər kitabınız çap olunub, satılıb, sizi milyoner saymaq olarmı?
- Milyon da qazanmışam, ancaq hamısını xərcləmişəm. Əsas gəlirimi kitablarımın satışından və kinolardan əldə edirəm.
- Sizin qəhrəmanlarınızdan birinin adı ilə Moskvada restoran fəaliyyət göstərir. O restorandan pulsuz istifadə limitiniz varmı?
- Əlbəttə, orda məndən pul almırlar... (gülür) Ümumiyyətlə, dünyada beş "Dronqo” klubu fəaliyyət göstərir, hətta uşaqlarına bu adı qoyan adamlar var. Mən də onlara deyirəm, uşağa "Dronqo” yox, "Dranqo” adı verə bilərsiniz, çünki "Dronqo” quş adıdır.
- Çingiz müəllim, Rusiyada "ədəbi qullar” adlanan zümrə var ki, onlar əsər yazıb məşhur yazıçılara pulla satırlar. Siz belələrinin xidmətindən istifadə etmisinizmi?
- Qətiyyən, yox! Mən heç öz beynimdəkiləri yazıb çatdıra bilmirəm. Əzablı olsa da, yazıçılıq fəaliyyətimdən zövq alıram. Ancaq çox yoruluram, düşündüklərimi yaza bilən biri olsaydı, məmnuniyyətlə onun köməyindən istifadə edərdim. İnanın, xeyli əsərlərim var ki, onların süjetini yuxuda qurmuşam. Baxmayaraq ki, öz həyatımdan razıyam, ancaq övladlarımın yazıçı taleyi yaşamasını istəməzdim. Heç vaxt istəməzdim! Çünki dünyada yüz minlərlə mühəndis var, onlardan yalnız biri Qustav Eyfel ola bilir. O birilər də nə isə tikir, hardasa işləyir. Minlərlə həkimdən yalnız biri Hippokrat olur, qalanları da əlbəttə, haradasa çalışır. Min yazıçıdan biri uğur qazanır, qalan bir çoxlarının yazdığı heç kimə lazım olmur. Amma etiraf edək ki, bizdə istedadlı yazıçılar da var. Yazırlar, amma çap edə bilmirlər, çap edəndə də sata bilmirlər, oxucu auditoriyaları yox dərəcəsindədi, belə problemlər çoxdur.
- Mən Moskvada sizin kitabları tələbə dostlarıma fəxrlə hədiyyə eləyirdim. Onlar bəzən sizin azərbaycanlı olduğunuza şübhə ilə yanaşırdılar...
- Hə, bunlar mənə tanış məsələlərdir. Şəxsən mənim özümdən çox soruşublar ki, doğrudanmı siz azərbaycanlısınız? Sizə bir əhvalat danışım. İlk kitablarım çap olunanda məni Mərkəzi Komitəyə çağırdılar, atamın dostu yazıçı Azər Mustafazadə mənə dedi, Çingiz, bilirsən nə var? Sən siyasi detektiv yazma. Dedim, niyə ki, Azər müəllim? Dedi, o, bizim yemimiz deyil. Sən polisdən, narkotikdən, cinayətkarlardan yaz, özünü biabır eləmə, siyasi detektivi ağıllı yəhudilər yazır. Abdullayev soyadlı bir adamın siyasi detektiv yazması gülməlidir. Mənim də gənc, dəliqanlı vaxtlarım idi. Dedim, Azər müəllim, mən hökmən siyasi detektiv yazacam. Dedi, onda gərək elə yazasan, onların yazdığından güclü olsun. Sonralar bilmişəm, sən demə, Moskvada deyiblər ki, Abdullayev familiyası hara, detektiv hara? Ona deyin, o familiya ilə gedib bazarda göy-göyərti satsın. İndi Moskvada, Kiyevdə, Varşavada, Tiflisdə, Parisdə və başqa böyük şəhərlərin kitab satış mərkəzlərində xüsusi Çingiz Abdullayev guşələri var.
Bizim İdman və Gənclər naziri Azad Rəhimov İtaliyada səfərdə olanda mənə zəng vurub dedi ki, mənim diplomatım (portfel) səfirin maşınında qalıb, maşının şüşəsini sındırıb çantanı aparıblar. İçində xeyli pul, sənədlər, pasport və sənin avtoqrafla verdiyin kitabın vardı. Mən o kitabdan başqa heç nəyə təəssüflənmirəm, sənədlər düzələcək, amma heyf kitabdan. Dedim, sən nə danışırsan, sağ-salamat gəlib çıx, mən o kitabdan sənə ikisini hədiyyə edərəm. Doğurdan fəxr edirəm ki, bizim ən intellektual şəxslərimiz, siyasi elitamız mənim kitablarımı oxuyur.
- Dediniz ki, çox yazırsınız. Əsərlərinizə "yoluxan” daimi oxucularınız, yəqin ki, yeni məktub kimi hər dəfə sizdən əsər gözləyir...
- Elədir. Hər dəfə kitabım nəşr olunanda mənə çoxlu zənglər, məktublar gəlir. Bir dəfə Qazaxıstanın səfiri tədbirdə Anar müəllimdən mənim sonuncu kitabım haqda soruşanda, Anar müəllim özünəməxsus yumorla demişdi, hansını soruşursunuz, bu həftədəkini, yoxsa keçən həftə çıxanı? Xarici ölkələrdən Bakıya gələn xeyli sayda rəsmi nümayəndə, prezident, baş nazirlər olub ki, mənimlə maraqlanıblar. Rumıniyanın prezidenti Bakıda olanda məni çağırdılar ki, oxucunuzdur, sizinlə görüşmək istəyir. Baxa bilərsiniz, bu da bizim fotomuz. (Şəkli göstərir)
Belə hadisələr çox olub. Bakıda keçirilən böyük elmi konfransların birində dünyaca tanınmış iki böyük akademik, Nobel mükafatı laureatı Raul Saqdieff və onun qardaşı Eyzenhauerin kürəkəni olan digər bir alim, hörmətli Abel Məhərrəmova yanaşıb deyiblər, bizim bir arzumuz var, Çingiz Abdullayevlə tanış olmaq istəyirik. Bu adamlar dahilikdən daha artıq zəkaya malik insanlardır və təsəvvür edin ki, onlar Azərbaycan yazıçısı Çingiz Abdullayevi oxuyurlar. Rusiyadakı keçmiş səfirimiz mənə deyirdi, Yevgeni Primakov sənin kitablarını oxuyur.
Bunu ilk dəfə sizə danışıram. Bir dəfə bizi Qazaxıstana dəvət etmişdilər. Kiçik bir təyyarədə Astanaya uçmalı idik. Hörmətli nazirimiz Əbülfəs Qarayev, səkkiz nəfər universitet rektoru, bir də mən. Heyətin başçısı Əbülfəs Qarayev idi. Nədənsə mən ehtiyat eləyirdim. Dedim, bu təyyarədə uçmağa qorxuram, mən getməyəcəm. Qazaxıstandan zəng vurdular ki, biz sizə xüsusi təyyarə göndərəcəyik, Çingiz Abdullayev mütləq gəlsin. Heç inanmazdım, Qazaxıstanda məni bu cür tanıyıb sevələr. Yaxud başqa bir söhbəti deyim. Ukrayna hadisələri zamanı mənə müraciət olundu ki, Yanukoviç və Ukraynadakı siyasi proseslər barədə əsər yazım. Onlar söylədilər ki, biz araşdırmışıq, nə yüz əlli milyonluq Rusiyada, nə də əlli milyonluq Ukraynada bu mövzunu sizin qədər dərin, əhatəli yazacaq bir yazıçı var. Ona görə biz sizi seçdik.
Bunlar bir yazıçı üçün həddən artıq böyük uğurlardır. Məsələn, Fransada kitablarımın təqdimatı olanda məni tez-tez dəvət edirlər. Təsəvvür edin, fransız dili, fransız ədəbiyyatı kimi möhtəşəm bir xəzinəyə sahib olan millətin nümayəndələri - fransızlar gəlib Çingiz Abdullayev adlı Azərbaycan yazıçısının kitabına 20 avro pul verib alır, oxuyurlar.

- Bu, məntiq deyil, sovetdənqalma absurd özünəbəraətdi. Ya da deyirlər, "yazıçı təvazökar olmalıdır”. Tamamilə səhv fikirdir. Yazıçı özünə gündəlik yazmır ki onu hamıdan gizlətsin, yazıçı əsər yazır və onu ictimaiyyətə təqdim edir. Mən əsər yazıramsa, onun oxunmasını, müzakirə edilməsini istəyirəm. Bundan təbii heç nə ola bilməz.

- Çingiz müəllim, maraqlı söhbət üçün çox sağolun. Gerçəkdən, sizin ümumdünya şöhrətiniz Azərbaycan ədəbiyyatının uğurudur.
- Siz də sağ olun!