SON XƏBƏR

Azad edilmiş ərazilərə qayıdan ailələrə uşaqpulu verilməsi təklif olunur

Noyabr 11
13:12 2022
"Böyük Qayıdış layihəsi çərçivəsində azad edilmiş ərazilərə qayıdaraq məskunlaşan ailələrə uşaqpulu verilməsi yaxşı addım olardı".

"Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 11-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son dövrlər Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayı azalır: "Əvəzində isə 65 yaş üstü insanların sayı artır. Bu da bütün dünyada demoqrafik qocalmanın olduğunu göstərir. Təklif edirəm ki, azad edilmiş ərazilərdə həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından uşaqpulu məhz oradakı vətəndaşlara verilsin”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook