SON XƏBƏR

Azad edilən ərazilərdə daha 163 mina aşkarlanıb

May 08
14:56 2023
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 163 mina aşkarlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, mayın 1-dən 6-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 356 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook