SON XƏBƏR

“Aytmatova dedim ki, sənin atanı da ermənilər…”

Mart 31
15:28 2016
Bəzən böyüklərimiz belə bu faciələrin kimlər tərəfindən törədildiyinin o qədər fərqinə varmayıblar.
 
Axar.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı 31 Mart soyqırımı barədəModerator.az-a geniş müsahibəsində deyib. 
 
S.Rüstəmxanlı bildirib ki, Sovet dövründə Azərbaycan xalqının başına gələn faciələri unutdurmağa çalışıblar:
 
"Mərhum Çingiz Aytmatova bir dəfə dedim ki, bilirsənmi, sənin atanı da ermənilər öldürüb. Dedi ki, ola bilməz. Dedim necə ola bilməz, sizin haqqınızda kitab yazılıb, onu açıb baxın, atanızı NKVD-nin sədri Sakov öldürüb, Sakov da ermənidir.  Heyrətə gəldi ki, mən bunu indiyə qədər bilməmişəm. Hətta bəzən böyüklərimiz belə bu faciələrin kimlər tərəfindən törədildiyinin o qədər fərqinə varmayıblar. Bunun da səbəbi rejimlər olub, Sovet hökuməti, bolşevik hökuməti gələndən sonra o hadisələri unutdurmağa çalışıblar. Çünki o rejimdə də ermənilər üst mövqedə idilər, onda da yuxarı vəzifələri tuturdular. İranda da fars rejimi İranda baş vermiş faciələri unutdurmağa çalışıb”.
 
Xalq şairi yeni bir konsepsiyası qəbul edilməsinin tərəfdarı olduğunu deyib:
 
"Bir neçə il ardıcıl olaraq "Xocalıya ədalət" kompaniyası aparıldığı kimi, Azərbaycanda ermənilərin törətdikləri soyqırımları dünyaya çatdırmaq üçün bu yöndə də böyük işlər görülməlidir. İndinin özündə Ermənistana, İrəvana gələn hər qonağı "soyqırım abidəsi”nin üstünə aparırlar. Halbuki Ermənistanda o vaxt azərbaycanlıların sayı ermənilərin sayından daha çox idi və orada daha çox azərbaycanlılar öldürülüb. Zəngəzurda yüzlərlə kənd yer üzündən silinib. Təəssüf ki, biz bu faktları çatdıra bilmirik, ölkəmizdə elə muzey yoxdur ki, gələn qonaqları ora aparaq. Özümüzü elə aparırıq ki, sanki qonşularımızın bizim haqqımızda dediklərinin hamısı doğrudur. Bu bardə real addımlar atılmalıdır”. 
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook