Aytən Məmmədovaya hücumla bağlı cinayət işinin istintaqı BŞBPİ-ə verilib
May 11
13:09
2022
İki gün əvvəl yaşadığı binanın liftində naməlum şəxs tərəfindən bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova tibbi ekspertizadan keçirilib. DİA.AZ xəbər verir ki, bu barədə APA-ya jurnalist özü məlumat verib.
Aytən Məmmədova bildirib ki, bu gün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsində ekspertizadan keçib.
Bundan başqa, Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinin icraatına verilib.
Jurnalistə hücum edən şəxsin tapılması ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, jurnalist Aytən Məmmədovaya bıçaqlı hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb.