SON XƏBƏR

Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir

May 13
10:04 2022
Bir neçə gün öncə jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov istintaqın gedişi və digər xüsusatlarla bağlı "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb: "Zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Zərərçəkmiş vəkillə təmin olunub, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır.

Onu da bildirim ki, qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbrli olub istintaqın başa çatmasını gözləməliyik".

Qeyd edək ki, bir neçə gün öncə jurnalist A.Məmmədova yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqla hədələnmişdi. Onun Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın məhkəməsindən yazdığı üçün hədələndiyi iddia olunmuşdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook