SON XƏBƏR

“Ayşən LTD”nin oktyabr faciələri: BNA-nın "bağladığı" şirkət necə fəaliyyət göstərir?

Oktyabr 13
10:33 2021
Xəbər verdiyimiz kimi, Bakıda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TH 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində yaralanan xeyli sayda insanın da həyatı təhlükədədir.

Qaynarinfo-nun araşdırmasına görə, üç əvvəl də oktyabr ayında "Ayşən LTD” MMC-yə məxsus 160 nömrəli avtobus xətti Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşaraq xeyli sayda insanın yaralanmasına və ölümünə səbəb olmuşdu. Daha dəqiq desək, qəza nəticəsində 2 nəfər ölüb, 40 nəfər isə yaralanmışdı.

Hadisədən sonra Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verildiyini açıqlamışdı.

Amma nədənsə üzərindən 6 gün keçdikdən sonra - 6 oktyabr 2018-ci ildə yenidən "Ayşən LTD”yə məxsus 160 saylı marşrut xətti üzrə hərəkətdə olan "Daewoo" markalı sərnişin avtobusu 90-BD-653 dövlət qeydiyyat nişanlı "Lada" markalı avtomobillə toqquşmuşdu.  Nəticədə minik avtomobili yarasız vəziyyətə düşmüşdü. Bu qəzada ölən və yaralananların olub-olmaması barədə məlumat verilməmişdi.

25 noyabr 2019-cu ildə də 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.



2020-ci ildə də "Ayşən LTD” MMC-yə məxsus digər avtobus xətlərində də qəzalar qeydə alınıb.

2021-ci il oktyabr ayının 13-ü, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlandığını açıqlayıb. Açıqlamada bildirilir ki, ilkin olaraq 5 nəfərin öldüyü təsdiqlənib: "7 nəfərin isə vəziyyəti ağırdır”.

Qeyd edək ki, 2016-2017-ci ildə də "Ayşən LTD” MMC-yə məxsus bir neçə avtobusun qəza törətdiyi bildirilir. Bununla belə, MMC-nin haqda vergidən yayınma, qiymət artımından sonra sürücülərdən yüksək məbləğdə plan tələb etmə, avtobus sürücülərinin şərnişinlərlə kobud rəftarı və ciddi qayda pozmaları ilə bağlı onlayn mediada çoxsaylı yazılara rast gəlmək mümkündür.

Xatırladaq ki, "Ayşən LTD” MMC-nin direktoru İradə Əliyeva keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook