SON XƏBƏR

Aybəniz Haşımova internet portallarının bağlanması fikrinə aydınlıq gətirdi

Aprel 11
06:20 2018
Əməkdar artist Aybəniz Haşımova Azərbaycanda internet portallarının bağlanmasını istəyir.
 
"Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni "facebook” sosial şəbəkəsində status yazıb. 
 
Sənətçi bildirib ki, əksər insanlar kompyuter arxasında şirə çevrilirlər:
 
"İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, internet portallarının hamsının bağlanması haqqında qərar versin. Səviyyəli insanlardan bu ifadəmə görə üzr istəyirəm. Anasından, bacısından, özünün kişiliyindən xəbəri olmayanlar kompyuter arxasında şirə, pələngə dönürlər”. 

***
Müğənni "Qafqazinfo"ya açıqlama verərək yazdığı statusa aydınlıq gətirib:
 
"Feysbukda qruplar açırlar, orada yetirəni söyürlər, təhqir edirlər. Guya özlərindən sorğu düzəldirlər. Adamı buna görə öldürərlər. İnsanları bu həddə niyə çatdırırlar? "Youtube”a bir mahnı qoymağama peşman olursan. Altından ağzına gələni yazırlar. İnstaqram, feysbukda da vəziyyət belədir. Biz hara gedirik? Bu nə biabırçılqıdır? Biz bir-birimizi öldürürük. Bəs deyil? Buna "dur” deyən olmalıdır. Kimin ürəyi nə istəyir yaza bilər və heç kəs buna görə məsuliyyət daşımamalıdır? 
Fikrimi tam izah edə bilməmişəm. Xəbər portallarını nəzərdə tutmamışam. Sözlərim sosial şəbəkədə artıq-əksik yazanlara aiddir.  Yazılanlar bu ölkəni uçuruma aparır. Belə davam etsə, ölkədə adam qalmayacaq, hamı bir-birini öldürəcək. yazan adamları tapmaq mümkün deyil? Biri haqqında məlumat öyrəndim, lazımı orqanlara təhvil verdim. Mən nə vaxta kimi polisə şikayət edəcəm, onları narahat edəcəm?”
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook