AYB üzvü: "100 ildən sonra Anar yada düşməyəcək"
Dekabr 30
16:07
2015
"Emin Pirinin Allah köməyi olsun, AYB-nin binasının satılması ilə bağlı təklif verməkdənsə, qəşəng bir şeir yazsın".
Bunu Moderator.az-a açıqlamasında şair, yazıçı Oktay Hacımusalı bildirib.
Oktay Hacımusalı deyib ki, yüz ildən sonra nə AYB-nin binası müzakirə olunacaq, nə Anar, nə də başqası: "Hadisə yalnız və yalnız yaradıcılıq sayılacaq. Araşdırmaçılar, tədqiqatçılar da kitablarında AYB-nin nə leyhinə, nə əleyhinə deyilmiş bir söz haqqında da danışmayacaqlar. Kim nə yazıb? Əsas məsələ budur".
Xatırladaq ki, gənc yazar Emin Piri AYB-nin binasının satışa çıxarılması təklifi ilə çıxış edib.



