SON XƏBƏR

AYB şeir yazan alimlərə dəstək verəcək

İyun 12
13:35 2020
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının çap olunacaq ədəbi almanaxdakı şeirlərinin mövzusu açıqlanıb. Onların şeirlərinin mövzusunun koronavirusla bağlı olacağı bildirilib.

AMEA əməkdaşlarının koronavirusla bağlı şeir yazmağa hazırlaşması müzakirələrə səbəb olub. Sosial şəbəkələrdəki müzakirələrdə AMEA əməkdaşlarının indiki çətin dövrdə koronavirusun peyvəndi üzərində çalışmaq əvəzinə şeir yazmasına xüsusi diqqət ayrılıb.

Maraqlıdır ki, AMEA əməkdaşlarının şeir yazmasına AYB-nin (Azərbaycan Yazıçılar Birliyi) münasibəti necədir? Ümumiyyətlə, nə qədər AMEA əməkdaşı həm də AYB üzvüdür?

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Cebhe.info-ya açıqlamasında bildirib ki, müsabiqədə ədəbiyyat sahəsi üzrə fəaliyyət göstərən AMEA əməkdaşları iştirak edəcək:

"Çox böyük ehtimalla mövzudan başı çıxmayan, savadsız insanlar, mövzudan çox uzaq olan şəxslər bu məsələni qabardırlar, şişirdirlər. O insanlar ki, AMEA-nın funksiyası ilə bağlı heç bir biliyə sahib deyillər. Onlar bilmirlər ki, AMEA-nın Ədəbiyyat İnsitutu var. Bu institut onsuz da mütəmadi olaraq, bu layihələri həyata keçirir, kitablar nəşr edir, müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri var. Bu əməkdaşlıq müqavilələri çərçivəsində müxtəlif ədəbi layihələr həyata keçirilir. Klassik ədəbiyyatımız, müasir ədəbiyyatımızla bağlı yeni-yeni kitabların nəşri ilə məşğul olurlar. Təsəvvür edirsiniz, bilmədən danışanlar bu cür hərəkətləri ilə AMEA-nın ədəbiyyat insitutunda işləyən insanları nə qədər incitmiş ola bilərlər? Onlar yaxşı olar ki, AMEA-nın ədəbiyyat, folklor, riyaziyyat və.s digər insitutlarının funskiyalatını öyrənsinlər ki, bunlar nə işlə məşğul olurlar. Onda başa düşəcəklər ki, AMEA deyəndə Ədəbiyyat İnsitutu nəzərdə tutulur. Ədəbiyyat İnsitutunun da bu layihəni həyata keçirməsi çox təbiidir. Orada qeyri-adi heç nə yoxdur. Hər halda, düşünmürəm ki, fizikaçılar, kimyagərlər, bioloqlar o müsabiqədə iştirak edəcəklər. Buna inanmıram".

O, həm AMEA əməkdaşı, həm də AYB üzvü olanlarla bağlı rəqəm açıqlamaqda çətinlik çəkib:

"O insanlar ki yaradıcılıqla məşğuldurlar, yəni, şair, yazıçı, eyni zamanda alimdirlərsə, əlbəttə, həm AYB, həm də AMEA üzvüdürlər. Məsələn, İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnsitutunun direktoru, həm AYB-nin üzvüdür. Nizami Cəfərov həm akademikdir, həm AYB-nin üzvüdür. Tahir Kərimlinin də adını qeyd etmək olar. Çox adları saymaq olar ki, həm AYB, həm AMEA üzvüdür".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook