SON XƏBƏR

AXCP-də qurultay hazırlığı başladı: Əli Kərimli sədrlikdən gedir? (AÇIQLAMA)

Aprel 03
15:16 2023
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. 

Bu barədə Qaynarinfo-ya partiya sədrinin müşaviri Məmməd İbrahim məlumat verib. O bildirib ki, müraciətdə məqsəd partiyanın növbəti qurultayının keçirilməsi üçün məkan ayrılmasıdır:

"Qurultayın vaxtının təyin edilməsi BŞİH-ə edilən müraciətin cavabından asılıdır. Müraciətə cavab verib, yer ayrırsalar, qurultay bu ay ola bilər”. 

Təşkilatın ali forumunda sədr seçkisi də keçiriləcək. AXCP-in sədr müavini Seymur Həzi isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, partiya üzvlərindən kim istəsə, sədrliyə namizədliyini irəli sürə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook