Çavuşoğlu və Lavrov Suriya məsələsini müzakirə ediblər
Yanvar 28
00:34
2020
Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Suriyada sülhün nizamlanması prosesini müzakirə edib.
"Report” RİA "Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Xаrici İşlər Nаzirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, nazirlər Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünün gedişatında nail olunmuş razılaşmanın inkişafına dair Suriyada sülh nizamlanması prosesini müzakirə ediblər.
"Rusiya tərəfində atəşkəs qərarlarının İdlib bölgəsində yerləşən radikallar tərəfindən pozulma faktları var. Müxalif qüvvələrin terrorçulardan ayrılması zəruriliyi vurğulanıb. Hərbi sahə üzrə yaxın təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə nazirlik əlavə edib.