“Avtoritet” xanım psixoloqu intim həyatı ilə necə şantaj etdi? – ŞOK İFADƏLƏR
Aprel 22
01:02
2022
Bakıda qadını intim münasibəti ilə şantaj etməkdə təqsirləndirilən Namiq Əliyevin (ad soyad şərtdir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, istintaqla müəyyən edilib ki, N.Əliyev tanışı vasitəsi ilə Aytənin (ad şərtidir) qeyri-rəsmi şəkildə birgə yaşadığı Nizami (ad şərtidir) ilə münasibətindən xəbər tutub.
Namiq Aytən haqqında əldə etdiyi məlumatlardan sui-istifadə edərək onun barəsində rüsvayedici xəbərlər yayacağı, azyaşlı uşaqlarını oğurlayacağı ilə hədələyib, pul tələb edib.
Aytən bu barədə aidiyyəti üzrə şikayət edib. Bundan sonra N.Əliyev həbs edilib və o, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələbetmə) maddəsi ilə ittiham edilib.
"Yanımda pulu Aytənə verib, sonra yoxa çıxdı...”
Məhkəmədə danışan N.Əliyev özünü günahkar bilməyib. O, sərbəst ifadəsində qeyd edib ki, bir qız tanışlarının vasitəsi ilə Aytəni tanıyıb:
"Qız mənə bir rəfiqəsinin problemi olduğunu və onu həll etmək üçün məndən yardım istədiklərini dedi. Gedib Aytənlə görüşdüm. O, mənə dedi ki, uzun müddətdir Nizami adlı şəxslə münasibəti var. Nizaminin onu aldatdığını və 1500 manatdan çox pulunu vermədiyini dedi. Məndən həmin pulu almağımı istədi. Bunun müqabilində mənə 500 manat pul verəcəkdi. Razılaşdım, Nizaminin koordinatlarını Aytəndən aldım. Nizami ilə görüşüb onu başa saldım. O, mənimlə birlikdə Aytənin yanına gəldi. Ondan üzr istədi və pulu yaxın günlərdə qaytaracağını dedi. Üstündən bir neçə gün keçəndən sonra Nizami mənə zəng edib Aytənlə görüşmək istədiyini və 500 manat pul verəcəyini dedi. Qalan məbləği də hissə-hissə ödəyəcəkdi. Pulu mənim yanımda Aytənə verdi. Sonradan yoxa çıxdı. Onu tapa bilmədik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu söhbətdən sonra nə Aytənlə, nə də Nizami ilə heç vaxt görüşməyib və heç kimdən pul tələb etməyib.
"Dəfələrlə Nazimlə intim münasibət oldum”
Zərərçəkmiş şəxs qismində ifadə verən Aytən özəl bir xəstəxanada həkim çalışdığını deyib:
"Həyat yoldaşımdan boşanmışdım. Dərman firmalarının birində çalışan Nizami adlı bir nəfərlə münasibətimiz yarandı. Sonradan aramızda isti münasibətlər quruldu. Dəfələrlə aramızda intim münasibət oldu. Mənə hərtərəfli qayğı və diqqət göstərirdi. Yalnız bir müddət sonra Nizami yavaş-yavaş münasibətləri soyutdu və məndən ayrıldı. Bu mənə çox pis təsir elədi. Çünki münasibətimiz olduğu müddətdə ona maddi baxımdan çox kömək etmişdim. Bahalı hədiyyələr almışdım. Ona çox qəzəbli idim. Münasibətimiz olduğu dövrdə 1500 manat məndən borc almışdı. Lakin ayrılandan sonra həmin hədiyyələri və borcu ondan istədim. Lakin qaytarmırdı”.
"Avtoritet”lə tanışlıq və çarəsizlik...
Aytən qeyd edib ki, məsələ ilə bağlı problemini rəfiqəsinə danışıb:
"Rəfiqəm söhbət əsnasında dedi ki, onun Namiq adlı "avtoritet” tanışı var. O mənə məsləhət elədi ki, Namiqin vasitəsi ilə Nizamini cəzalandıraq. Həmin vaxt Nizamiyə çox əsəbiləşmişdim. Razılaşdım. Rəfiqəm məni Namiqlə görüşdürdü və problemləri ona danışdım. O, mənə Nizamini cəzalandıracağını, pulun qayıdacağını dedi. Məndən 1000 manat pul istədi. Həmin pulu verdim. Üstündən bir neçə gün keçəndən sonra Namiq Nizamini götürüb, mənim yanıma gəldi. Nizami məndən üzr istədi. Pulu tez bir zamanda qaytaracağını dedi. 500 manat verdi, həmin pulu mənə yaxşılıq etdiyi üçün Namiqə bağışladım”.
Qadın bildirib ki, bir neçə gün keçəndən sonra Namiqin qardaşı ona zəng edib:
"O telefonda dedi ki, Nizami qardaşından "Bandottel”ə şikayət edib. O, qardaşının tutulduğunu və işgəncəyə məruz qaldığı, onu qurtarmaq üçün 7 min manat pul gərək olduğunu dedi. Hətta pulun 6500 manatının yığıldığını, 500 manat pulun qaldığını bildirdi. Dedim pul yoxdur. Bir müddət sonra Namiqin özü məni şantaj eləməyə başladı. Dedi ki, sənin günahın ucbatından zibilə düşmüşəm. Pulu verməyəcəyim təqdirdə Nizami ilə olan yaxın münasibətimi keçmiş həyat yoldaşıma, valideynlərimə, tanıdığım bütün digər yaxın qohumlarıma deyəcək. Namiqin bu sözlərindən sonra bərk qorxuya düşdüm. Zəif yerimi yaxşı tutdu. Əlacsız qaldım, dedikləri pulu Namiqə verdim. Bundan iki gün sonra Namiq zəng vuraraq yenidən hədələməyə başladı və şəxsi borcunun olması ilə əlaqədar məndən 300 manat pul tələb etdi. Yenə də çarəsiz vəziyyətdə qaldığım üçün pulu verdim”.
"Hər şeyi keçmiş ərimə danışacağını dedi...”
Zərərçəkən qadın deyib ki, hədələr bununla yekunlaşmayıb:
"Bir neçə gün keçməmiş Namiq zəng edib, 1000 manat tələb etdi. Keçmiş ərimin iş yerini öyrəndiyini, hər şeyi ona danışacağını dedi. 1000 manat pulu düzəldib evimdə ona verdim. Həmin vaxtdan təxminən 10 gün keçməmiş Namiq yenə zəng edərək 2.400 manat pul tələb etməyə başladı. O, pulun 1200 manatını dərhal, 1200 manatını isə 10 gün ərzində alacağını bildirdi. Pulu verə bilməyəcəyimi dedim. Namiq bu dəfə üzümə sulfat turşusu tökəcəyi ilə hədəyə keçdi. Onu cinayətkar aləmlə bağlı olan şəxs kimi qəbul etdiyimdən dediklərini edəcəyinə inanırdım. 1200 manatı onlara göndərdim. Rəfiqəmin oğlu ilə 10 gün sonra yenidən 1000 manat göndərdim. Hədələr bitmirdi. Hər gün bir bəhanə tapıb məni şantaj edirdi. Oğlumu oğurlayacağı ilə hədələyirdi. Artıq canımdan bezmişdim. Polisə müraciət etdim. Pulu verən yerdə gəlib tutdular”.
"O qədər zəng etdi ki, məni işdən çıxardılar...”
Yazıda adı keçən Nizami də ifadə verib. O, dindirilən zaman qeyd edib ki, dərman şirkətində işlədiyi müddətdə müxtəlif xəstəxanalara getdiyindən çoxsaylı həkimlərlə tanışlığı yaranıb:
"Həkim nevropatoloq Aytənlə tanış olmuşdum. Onun həyat yoldaşından ayrıldığını, iki övladı ilə yaşadığını bildim. Sonra aramızda münasibəti daha da yaxınlaşdı. Qadın-kişi kimi münasibətlərimiz davam etdi, müntəzəm görüşməyə başladıq. Aytənlə uzunmüddətli münasibətlər qurmaq, yaxud evlənmək fikrim olmayıb. O, mənə hədiyyə olaraq müxtəlif geyim əşyaları, hətta ad gününə çox bahalı mobil telefon aldı. Aytəndən həmin ərəfədə borc pul da aldım, həmin pulu hissə-hissə qaytardım. Aramızda yaş fərqini və digər halları nəzərə alaraq özlüyümdə bunun müvəqqəti bir məsələ olacağı qənaətində olmuşam və sonralar yavaş-yavaş Aytənlə münasibətlərimi soyutmağa başladım. Sonra tam ayrıldım. Bu ayrılıq psixoloji olaraq ona çox pis təsir etdiyini hiss etsəm də, artıq münasibətlərə qəti son qoymaq qərarında olduğumdan onunla bütün əlaqələrimi, hətta telefon zənglərimi belə kəsdim. Aytən o qədər buna qəzəblənmişdi ki, iş yerimə də bu barədə məlumat verdi. Hətta məni işdən çıxartdılar”.
Şantajın səbəb olduğu 8 il 6 ay...
Nizami qeyd edib ki, bir müddət sonra bir nəfər ona zəng edərək görüşmək istədiyini deyib:
"Adını sonradan bildiyim Namiq adlı şəxs mənə Aytəndən üzr istəməli olduğumu, aldığım pulu da geri qaytarmalı olduğumu dedi. Müəyyən danışıqlardan sonra Aytənlə görüşüb üzr istəməyə razılaşdım və cəmi 500 manat da pul qaytara biləcəyimi dedim. Bir neçə gün sonra 500 manatı Namiqə verdim. Bundan sonrakı məsələlərdən xəbərdar deyiləm”.
Hakimlər kollegiyasının hökmünə əsasən, Namiq Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qlobal.Az