SON XƏBƏR

Avstriya sərhədlərini 31 ölkəyə açır

İyun 10
15:59 2020
Yeni növ koronavirus pandemiyası səbəbindən sərhədlərini müvəqqəti bağlayan Avstriya iyunun 16-dan etibarən aralarında İtaliyanın da olduğu 31 ölkə üçün sərhədlərini açır.

Qaynarinfo xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər və Avropa naziri Aleksandr Şallenberq açıqlama verib. O, İspaniya, Böyük Britaniya, İsveç və Portuqaliya üçün isə tədbirlərin davam edəcəyini vurğulayıb. Bildirib ki, İspaniya bu ayın sonuna qədər sərhədlərini bağlı saxlayacaq və bu ölkə ilə səyahət məhdudiyyətlərinin iyulun 1-dən qaldırılması planlaşdırılır.

İtaliya ilə sərhədlərin açılması ilə bağlı mübahisələrə də toxunan nazir Lombardiya bölgəsi üçün səyahət xəbərdarlığının isə davam edəcəyini bildirib. Vətəndaşların bu bölgə üçün diqqətli olmalı olduqlarını sözlərinə əlavə edib.

Şallenberq Avropa İttifaqından kənar ölkələrlə bağlı Brüsseldə müzakirələrin davam etditildiyini və burada qəbul olunan qərarlar çərçivəsində hərəkət ediləcəyini deyib.

Qeyd edək ki, Avstriya keçən həftə İtaliyadan başqa digər qonşu ölkələrlə sərhədlərini açdığı üçün bu vəziyyət Romanın narazılığına səbəb olmuşdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook